Ərəbistan zindanlarında işgəncələr davam edir

Ərəbistanın internet saytlarında , bu ölkənin “Bəriman” həbsxanasında Ərəbistan vətəndaşı olan bir məhbusa işgəncənin verilməsi barədə dəhşətli filmin yerləşdirilməsi, vətəndaşların geniş etirazına səbəb olub.

Bu filmin Facebook kimi sosial bazalarda yerləşdirilməsi bir daha Ali-Səud hakimiyyətinin imicinə ciddi xələl gətirib.
Belə ki , Ərəbistanın zindan işləri üzrə sözçüsü ” Abdullah Əl-Hərbi ” sözügedən filmin internet saytlarında yerləşdirilməsinə reaksiya verib və bu məsələnin dəqiq yoxlanılması üçün xüsusi bir monitorinq qrupunun təşkilini istəyib. İnsan Haqları Üzrə Beynəlxalq Təşkilatlar dəfələrlə müxtəlif bəyanatlarda bəyan ediblər ki , Ərəbistanda insan haqlarına riayət olunmur . O cümlədən bu ölkədə siyasi məhbuslara işgəncə edilir.
Hazırda , Ərəbistan zindanlarında 30 min nəfərdən çox siyasi məhbusun ittihamları aydınlaşmayıb və onlar səbəbsiz yerə həbs olunublar.

↑
Mobil sürümden çık