Ərəbistan Məhkəmə Aparatı terror əməllərində ittiham olunan on dörd şəxsi həbsə məhkum edibdir.
Livanın Əl-Əhd informasiya portalının məlumatına görə, Ərəbistan Cinayət Məhkəməsi çərşənbə günü on dörd səudiyyəli, iordaniyalı, misirli və suriyalını terror əməliyyatlarında iştirak etmək günahı ilə beş ildən on üç ilədək həbsə məhkum edib.
Ərəbistan Məhkəməsinin hökmündə deyilir: Ərəbistan dövlətinin təqibində olan şəxslərin maddi və fikri cəhətdən dəstəklənmələri, gənclərin terror əməliyyatlarında iştiraka təhrik edilmələri, Əl-Qaidə şəbəkəsi ilə həmkarlıq və sənədlərin saxtalaşdırılması bu şəxslərin ən mühüm ittihamlarındandır.
Ərəbistan rejimi elə bir halda terrorizmlə mübarizə iddiasındadır ki, terrorçuların Əfqanıstan, Pakistan, Yəmən, Suriya, Livan, İraq və dünyanın digər nöqtələrində əsas himayəçisi, təkfirçi qruplar, vəhhabilik ideologiyası və fikrinin mənbəyidir.
Ərəbistanın bir çox məsul şəxsi, o sıradan bu ölkənin kəşfiyyat orqanının keçmiş rəisi- Bəndər Bin Sultan Suriya və İraq hökumətlərinə qarşı çıxan terrorçulara iri miqdarda maliyyə və silah yardımları göstəribdir.