Ali-Səud rejimi Ərəbistanda insan haqlarının kobud formada pozulmasının davamında daha bir ruhanini həbs edib.
Ərəbistanın Rasid xəbər portalı bazar günü məlumatlı mənbələrə istinadla bildirib ki, Ali-Səud rejimi Ərəbistan şiələrinin tanınmış ruhanilərindən olan Həsən Ali Zaidi həbs edib.
Ölkənin şərqində həbs edilən Həsən Ali Zaid Ərəbistan şiələrinin dini lideri sayılan Şeyx Nəmər Baqir əl-Nəmərə yaxın adamlardan sayılır.
Ali-Səud rejimi ötən 2 ildə ölkənin şərq məntəqəsində 800-dən çox Ərəbistan vətəndaşını həbs edərək, zindana salıb.