Vəli-yi Fəqihin İran İslam İnqilabı Keşikçiləri Korpusundakı nümayəndəsi bildirib ki, İrana hədə-qorxu və bu ölkəni təzyiqə məruz qoymaq, müstəmləkəçi qüüvələrin dami olaraq gündəmində yerləşir.
Tehranda çıxan Resalət qəzetinın bu gün (şənbə 14 iyun) verdiyi məlumata əsasən, Ali İnqilab Rəhbərinin İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah)-dakı nümayəndəsi Höccətül islam Səidi təkidlə bildirib ki, İran islam Respublikası heç bir vəchlə xarici hədələr və təzyiqlərin təsiri altına düşməyəcək və sülhməqsədli nüvə enerjisindən istifadə İran xalqının haqlı hüququ sayır.
Səidi həmçinin terrorçu İŞİD qrupunun İraqın şimal bölgəsinə qaşrı hücumlarına gəlincə deyib: İŞİD kimi terrorçu qrupların ortaya çıxması ABŞ-ın müstəmləkəçi siyasətlərindən qaynaqlanır.
