Ərəbistan xalqı bu ölkə həbsxanalarında siyasi məhbuslarla kobud davranışa etiraz olaraq aksiyalar keçirib.
Ərəbistanın mərkəzində yerləşən əl-Qəsim bölgəsinin sakinləri bazar günü gecə genişmiqyaslı aksiya keçirərək Ali-Səud rejimi məsul şəxslərindən siyasi məhbusların işgəncəsinin dayandırılması və onların dərhal azad olunmasını tələb ediblər.
Ərəbistanlı aksiyaçılar bildiriblər ki, əl-Qəsim şəhərində əl-Tərifə həbsxanasının məmurları məhbusları müalicə xidmətləri, açıq havaya çıxmaq və günəş işığı görməkdən məhrum ediblər.
Bəridə və əl-Qəsim şəhərləri bir aydan artıqdır ki, məhsubların azadlığı üçün xalq etirazlarının şahididir.
İnsan haqları müdafiə qurumlarının bildirdiklərinə görə, Ərəbistan həbsxanalarında ən azı 30 min məhbus acınacaqlı vəziyyətdədir.