Ərəbistanın Səhiyyə Nazirliyi bu ölkədə Krona virusuna yoluxaraq, dünyalarını dəyişənlərin sayının artmasından xəbər verib.
Ərəbistanın səhiyyə nazirliyi bu gün şənbə (10 may) bu ölkədə Krona virusuna yoluxanların sayının artmasını bildirərək belə əlavə edib: Bu virus daha 7 Ərəbistan vətəndaşının canını alıb.
Ərəbistan rəsmilərinin ötən ay bu ölkənin Səhiyyə nazirini işdən çıxarmaq, Krona virusu ilə mübarizə üzrə Tibb Şurasının təşkil edilməsi , bu virusa yoluxanlar üçün xüsusi xəstəxanaların müəyyən edilməsi, dəvə əti və məmulatlarının istifadəsinin qadağan edilməsi kimi hərəkətlər həyata keçirmələrinə rəğmən hələ bu ölümcül virusun yayılmasının qarşısını ala bilməyib.
İndiyə qədər bu xəstəlik nəticəsində 134 nəfər dünyasını dəyişib və 460 dan çox şəxs isə bu xəstəliyə düçar olub.
Krona virusuna yoluxma prosesi 2012-ci ildən Ərəbistanda başlandı və bu təhlükəli xəstəlik əksər qurbanlarını Ərəbistanda sonra isə Oman və Birləşmiş Ərəb Əmirliklərində alıbdır.