AzərbaycanXƏBƏRLƏR
Hökumətin ölkəni həbsxanaya çevirmək cəhdi qəti şəkildə pislənildi
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyans Prezident İlham Əliyevin hökumətini ölkəni həbsxanaya çevirməyə cəhd etməkdə suçlayıb və bu cəhdi qəti şəkildə pisləyib.
“Siyasi Məhbuslarsız Azərbaycan” (SMA) İctimai Alyansı bildirib ki, Azərbaycan Respublikasında Siyasi məhbuslarla bağlı ümumrespublika forumu keçiriləcək.
Turanın məlumatına əsasən, alyansın növbəti iclasında həbsdə olan siyasi məhbuslara diqqət və dəstəyin artırılması, müdafiə işinin gücləndirilməsi üçün bəzi tədbirlərin həyata keçirilməsinə qərar verilib. Qurumun siyasi məhbuslara dəstəklə bağlı bəyanatında son zamanlar ölkədə qanunsuz həbslərin artması, hökumətin ölkəni həbsxanaya çevirmək cəhdi qəti şəkildə pislənilib.