Ərəbistanın BMT Baş Assambleyasında Suriyaya qarşı qətnaməsinin detalları

Səudiyyə Ərəbistanı BMT Baş Assambleyasında bir qətnamə təsdiq edərək bu beynəlxalq quruma üzv ölkələri Suriya və Hizbullahı pisləməyə məcbur etmək niyyətindədir.

Fars Xəbər Agentliyinin məlumatına görə, Ərəbistan ABŞ-ın Suriyaya hücum planı ilə yanaşı bu ölkəyə təzyiq üçün öz səylərinin davamında BMT Baş Assambleyasında Suriyaya qarşı qətnamənin təsdiqlənməsi ardıncadır.

Ərəbistan BMT Təhlükəsizlik Şurası üzvlərinin Suriyaya qarşı qətnamənin təsdiqlənməsi üçün razılığın əldə olunması üzrə məğlubiyyətindən sonra bu həftə bu qətnamənin ilkin mətnini Baş Assambleyada təsdiqləmək ardıncadır.

Xəbər mənbələrinin bildirdiyinə görə, Ərəbistan rəsmiləri ABŞ-ın Suriyaya hərbi hücumu istiqamətində geniş səylərə başlayıblar. Bu səylər ABŞ ordusuna maliyyə köməkləri verməkdən tutmuş beynəlxalq bazarlarda neft istehsalının artırılması və Dəməşqə qarşı diplomatik təzyiqlərin artırılmasına şamil olur.

↑
Mobil sürümden çık