Ərak ağır su reaktoru, kənd təsərrüfatı, sənaye və səhiyyə sektorlarının xidmətindədir

İran Atom Enerjisi Təşkilatı – İAEK spikeri , Ərak ağır su reaktorunun sənaye, kənd təsərrüfatı və səhiyyə sahələrində xidmətə girəcəyini ifadə etdi.

İAEK spikeri Behruz Kemalvendi , İran qəzetinin dünənki sayına Ərak ağır su reaktoru haqqında verdiyi açıqlamada , reaktörün səhiyyə , kənd təsərrüfatı və sənaye sahələrində ehtiyac duyulan izotoplar təmin etmək və Tehran araşdırma reaktoru kimi xidmətlərin təmin ediləcəyini ifadə etdi.

Kemalvendi Ərak ağır su reaktorunun işə başlaması ilə əlaqədar olaraq da , reaktörün , bütün təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq İranlı mühəndislər və mütəxəssislərin işləri ilə heç bir xarici yardım almadan hazırlanaraq inşa edildiyini və indiyə qədər işlərin 87% nisbətində irəlilədiyini bildirib.

Bu vaxt UAEA başçı köməkçisi və auditorlar başçısı , Noyabr 2013 tarixində Tehranda imzalanan müqavilə çərçivəsində gələcək həftə İranı ziyarət edəcək.

UAEA nəzarətçiləri ilk etapda 8 dekabr 2013 tarixində Ərak ağır su reaktoru və qısa bir müddət sonra da ölkənin cənubunda Bender Abbas limanında ” dolanışıq ” mədənində araşdırmalar etmişdilər.

↑
Mobil sürümden çık