Əsəd: Suriyaya qarşı dünya müharibəsi məğlubiyyətə uğrayıb

Suriya prezidenti Livanlı heyətlərlə görüşdə vurğulayıbdır ki, 23 ay öncədən Suriyaya qarşı başlanan dünya müharibəsi məğlubiyyətə uğrayıbdır.

Səhər Telekanalı Saytının verdiyi məlumata görə Livanın Əl-Səfir qəzeti belə yazıb: “ Bu günlər Bəşşar Əsədlə görüşən Livanlı heyətlər ondan “23 ay öncədən başlanmış Suriyaya qarşı dünya müharibəsinin məğlubiyyətə uğramasına hər zamankından daha artıq əminik” cümləsini eşidirlər.

Bu məlumata əsasən Əsəd Livan heyətləri ilə görüşdə bildirib: “ Hardaydıq və hara çatdıq. Biz əminik ki, sabah bizə aiddir. Biz öz qüdrətimizi kimsədən istəmirik və ya dilənçilik etmirik. Suriya fitnəkarlığa qarşı zəfər iradəsinə malikdir. Biz zəfərin mütləq olmasına əminik. əminik ki, siyasi və hərbi zəfər bizə aiddir. Amma bu, bütün şeylərin sona çatması mənasında deyildir. Biz siyasətdə habelə terrorçu və təkfiri qruplaşmalarla qarşılaşmada problemlərimiz vardır”.

Əl-Səfirin yazdığına görə Əsəd həmçinin deyib: “ Kimsə bu məsələyə şərh verə bilərmi ki, bu iki ildə Suriyanın xaricdəki səfirləri, konsulları və səfirlik və konsulluq işçilərinə bir çox tamahkar təşviqlər və təkliflər təqdim edilib, amma onlar hələdə Suriya dövlətinə sadiq qalıblar. Onlara milyonlarla dollar təklif edildi, amma onlar müxalifət edib, aza qənaət etdilər. Bu isə bir suriyalının həqiqi millətçiliyinə ən böyük dəlildir”.

↑
Mobil sürümden çık