Ağ Ev Obamanın Amerikanın mənafeyinin təhlükə ilə üzləşdiyinə inandığını və kimyəvi silahlardan istifadə edənlərin cəzalandırılmasına öhdəlikli olduğunu bildirib.
Ağ Ev bildirib: Obama belə inanır ki, Amerikanın mənafeyi təhlükədədir və öhdəlik götürübdür ki, kimyəvi silahlardan istifadə edənləri cəzalandırsın.
Bu məlumata əsasən Obama deyib: kimyəvi silahlardan istifadə edərək, beynəlxalq öhdəlikləri və BMT nizamnaməsini pozan ölkələr cəzalandırılacaqlar və Amerika prezidenti Rəsmi Vaşinqtonun mənafeyinə əsasən özünün Suriya haqdakı qərarını çıxaracaqdır.
Ağ Ev-in reaksiyası İngiltərənin Aşağı Palatasının hökumətin Suriyaya qarşı hərbi müdaxilə təklifini rədd etməsindən sonra baş verib.
Bu elə bir haldadır ki, Ağ Evdəki məsul bir şəxsi Amerikanın CNN Telekanalına bildirib ki, Rəsmi Vaşinqton ABŞ prezidenti Barak Obamanın qərar çıxardığı təqdirdə təklikdə Suriyaya qarşı hücumu icra etmək üçün addım atacaqdır.