Dünya ortodokslarının ruhani lideri Patriarx Bartelmeusun həyatına qəsd etməkdə ittiham olunan şəxs Ankarada həbs edildi.
Türkiyə polisinin dünya ortodokslarının dini liderinə qarşı sui-qəsd planının hazırlanması ilə bağlı məlumat əldə etməsinin ardınca Ankara Prokurorluğu bu şəxs haqda həbs qərarı çıxarıb.
Türkiyə polisi qaçıb, gizlənməyə nail olan 2 şübhəlinin axtarışını davam etdirir.
Bu məlumata görə, bu şəxs İstanbulun fəth edilməsinin 560 illiyi münasibətilə mayın 29-da dünya ortodokslarının dini liderinə qarşı sui-qəsd hazırlamaqda ittiham edilir.