İngiltərədə aksiyaçılar Bəhreyn xalqının dərdinə şərik çıxmalarını elan etmək məqsədilə bu ölkənin Baş Nazirlik binası önündə toplaşıblar.
Bəhreyn xalqının Ali-Xəlifə rejimi əleyhinə olan inqilabını himayədə 14 avqust günü aksiya keçirmək tələbini irəli sürən ingilis etirazçılar, Londonda bu ölkənin Baş Nazirlik binası önündə toplaşaraq, Bəhreyn rejimi əleyhinə şüarlar səsləndiriblər.
Bu aksiyanı təşkil edənlərin bildirdiyinə görə küçə etirazları Londonda Bəhreyn səfirliyi önündən başlayıbdır və sonra etirazçılar İngiltərənin Baş Nazirlik Ofisi önündə toplaşıb, Ali-Xəlifə rejiminin Bəhreyn xalqına qarşı vəhşicəsinə hücumları və aksiyaçıları repressiya etməsini pisləyiblər.
Aksiyaçılar həmçinin bəhreynli etirazçıların repressiya edilmələrinə son verilməsini tələb edərək, Ali-Səud qüvvələrindən Bəhreynin daxili işlərinə qarışmaması və bu ölkədə işğalçılığa son verilməsini istəyiblər.