Sabiq deputat, yazıçı yazdığı qalmaqallı “Daş yuxular” romanına görə xalq yazıçısı adından məhrum edilmiş və müxtəlif üsullarla hədələnmiş Əkrəm Əylislinin oğlu İlyas Naibov-Əylisli də Ermənistana qulluq etməkdə ittiham olunub.
Bakıda Teleqraf İnformasiya Agentliyi bu agentliyə İlyas Naibov-Əylislinin CV-sinin ötürüldüyünü xəbər verib və yazıb : “Bu sənəddə diqqətşəkən məqam İ.Naibov-Əylislinin 1999-2001-ci ilərdə məşhur “Procter and Gamble” şirkətində Azərbaycan, Gürcüstan və Ermənistan üzrə təmsilçi vəzifəsində çalışıb. Bu müddət ərzində İ.Naibov-Əylisli Türkiyə vətəndaşı, şirkətin layihə meneceri Yasemin adlı xanımla ailə həyat qurub. CV-də göstərilir ki, İ.Naibov-Əylisli hər üç ölkə Azərbaycan, Gürcüstan və Ermənistanda “uğurla fəaliyyət göstərib”.
Sonrakı illərdə İ.Naibov-Əylisli Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərib.
İ.Naibov-Əylislinin CV-sində onun ana dili kimi rus dili göstərilib.
Əylislinin oğlu da Ermənistana qulluq etməkdə ittiham olunub
