Əyyami-Fatimiyyə əzadarlığı İmam Xomeyni (rə) hüseyniyyəsində keçirilib

Əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadət günlərinin matəm mərasimi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni (rə) hüseyniyyəsində keçirilib.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin əsərlərinin qorunması və nəşri idarəsinin informasiya portalının məlumatına görə, bu mərasim hər il olduğu kimi cümə axşamına qədər keçiriləcəkdir.

Bu mərasim cəmadiul-sani ayının 1-ci gecəsindən 5-ə qədər şam və xüftən namazlarından sonra keçiriləcəkdir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin əsərlərinin qorunması və nəşri idarəsinin informasiya portalı bütün xalqı və pak Əhli-Beyt (ə) aşiqlərini bu mənəvi mərasimdə iştiraka dəvət edib.

↑
Mobil sürümden çık