BMT-nin baş katibi, Ərəb Liqasının baş katibi və ölkəsi suriyalı qiyamçı qrupları silahla təmin edənlərdən biri olan Qətərin baş naziri ilə görüşdə Suriyada döyüşən tərəflərin silahla təmin olunmalarının dayandırılmasını istəyib, lakin Ərəb Liqasının baş katibinin müxalifəti ilə üzləşib.
Qlobal-Postun məlumatına görə, BMT-nin baş katibi Ban Ki Mun dünən xarici ölkələr tərəfindən Suriyada döyüşən tərəflərin silahla təmin olunmalarının dayandırılmasını istəyib.
O, Ərəb Liqasının baş katibi Nəbil Ərəbi və ölkəsi suriyalı qiyamçı qrupları silahla təmin etməkdə ittiham olunan Qətərin baş naziri Şeyx Hamid Bin Casim Ali-Sani ilə danışıqlar zamanı suriyalı döyüşən tərəflərə silah verilməsinin dayandırılmasını istəyib.
Nəbil Ərəbi Ban Ki Munun xahişini rədd edərək deyib: Əgər siyasi bir həll yolu və ya belə bir həll yolunun başlanması mövcud olmuş olarsa, mütləq bu, baş verəcək, lakin bu məsələdə inanmıram ki, siyasi bir həll yolu mövcud olmuş olsun.
Qətərin baş naziri bu görüşdən sonra müsahibəyə hazır olmayıb.