Tehranın Cümə Namazı xitabətçisi Misirin regionda İslami Oyanışın yaranma mərkəzlərindən olduğunu bildirib.
Tehranın Cümə Namazı xitabətçisi Ayətullah Seyid Əhməd Xatəmi Misirdəki son hadisələrə və bu ölkə ordusu tərəfindən Misir xalqı tərəfindən seçilmiş prezident Məhəmməd Mursinin devrilməsinə işarə edərək, deyib: Misir İslami Oyanışın yaranma mərkəzlərindəndir və ötən bir il ərzində Misirin müsəlman xalqı seçkilərdə iştirak edərək, konstitusiya və islamçı millət vəkillərinə səs verdilər. Amma hökuməti təşkil edən şəxslərin özləri çevriliş üçün zəmin yaratdılar.
Ayətullah Seyid Əhməd Xatəmi Misir xalqından istəyibdir ki, İslami Oyanışı qorusunlar və Misirin devrilmiş diktatoru “Namübarək” hökuməti kimi, Misirin sionist rejimin arxa bağçasına çevrilməsinə icazə verməsinlər.
Tehranın Cümə Namazı xətibi həmçinin deyib: Misirdə bu ölkə xalqının seçdiyi hökumətə qarşı çevriliş edənlər, İslam Dünyasını vəhdətə dəvət etmək yerinə, adam öldürən təkfiriləri himayə edirlər və onların cinayətləri qarşısında sükut edirlər.
Ayətullah Seyid Əhməd Xatəmi həmçinin deyib: Misirdə hökuməti təşkil edənlərin şüarı , əvvəldə sionist rejim ilə mübarizə idi, amma hakimiyyətə çatdıqdan sonra Kemp-Deyvid müqaviləsinin müddətini uzatdılar və sionist rejimin başçısı Şimon Peresi qardaş adlandırdılar və İşğal Edilmiş Fələstinə səfir göndərdilər.
Tehranın Cümə Namazı xitabətçisi sonra deyib: Misir hökumət başçısı Amerika Prezidenti Barak Obama ilə görüşdü və elə həmin görüş Misir xalqının küçələrə axışmasına səbəb oldu. Çünki onlar Misir xalqı ilə sədaqətli deyil idilər və misirlilərə xidmət etmədilər və partiyalarından olmayan şəxsləri dardüşüncəliklə özlərindən qovdular.
Misirin Şiə alimlərindən olan Şeyx Həsən Şəhatəinin şəhid edilməsinə işarə edən Ayətullah Seyid Əhməd Xatəmi sonra deyib: Vəhhabilik ingilislərin qondardığı və uydurduğu məsələdir ki, qətlə yetirmək və adam öldürməklə öz işlərini irəlilədir. Sünni əhlinin din alimlərindən də vəhhabiliyin İslam dini ilə heç bir əlaqəsinin olmamasını tam açıq şəkildə elan etmələri gözlənilir.
1988-ci milad ilinin iyul ayında Amerikanın Vinsens hərbi gəmisinin İranın sərnişin təyyarəsinə raket hücumunda şəhid olanların yad və xatirəsini əziz saxlayan Tehranın Cümə Namazı xətibi sonra deyib: Amerikanın cinayətkar dövləti, nəinki bu hücuma görə üzr istəmədi, əksinə raket atan hərbi gəminin komandanını ordenlə təltif etdi.
Ayətullah Seyid Əhməd Xatəmi 2013-cü il 14 iyunda İran xalqının prezident seçkilərindəki 72 faizdən daha çox iştirakına işarə edərək, deyib: İran xalqı düşmənlərin bütün fitnəkar planlarını puça çıxartdı.