DünyaXƏBƏRLƏR

100 minlərlə şiə Kazımeyn yolunda

Sabah İmam Kazım(ə)-ın şəhadətinin ildönümü günüdür. Elə bu məqsədlə sabah Kazımeyn şəhərində xüsusi əzadarlıq mərasimi təşkil ediləcək. Bunu nəzərə alaraq, yüz minlərlə şiə artıq 4 gündür ki, İmam Musa Kazım(ə)-ın şəhadətinin ildönümü günü mərasimində iştirak etmək üçün piyada olaraq Kazımeyn şəhərinə doğru yol alıb.

İmam Musa Kazım(ə) məqbərəsinin idarə heyəti bu ilki mərasimdə 7 milyon şiənin iştirak edəcəyini proqnoz edib.
Fransa Xəbər Agentliyinin Bağdaddan verdiyi məlumata görə, yüz minlərlə şiənin İmam Musa Kazım(ə)ın hərəminə doğru yürüşü sabah, çərşənbə günü kulminasiya nöqtəsinə çatacaq. Qara libas geyinmiş zəvvarların əlində İslam bayraqları müşahidə olunmaqdadır. Zəvvarların keçdikləri yolun kənarında çoxlu sayda çadırlar qurulub və zəvvarlara su və yeməklər ikram edilir.
Kazımyen şəhəri zəvvarlarla dolub-daşır. Zəvvarlar arasında qadınlar və uşaqlar da gözə çarpır.
Zəvvarların təhlükəsizliyini təmin etmək üçün İraq polisi və ordu qüvvələri xüsusi təhlükəsizlik tədbirləri həyata keçiriblər. Belə ki, zəvvarların hərəkət etmələri üçün xüsusi yollar təyin edilib. Yolun müəyyən hissələrində təcili yardım və imdad maşınları yerləşdirilib.
Ötən ayın İraq üçün ən qanlı ay olmasına və terror hücumlarında 1000-dən artıq insanın həlak olmasına baxmayaraq, insanlar bu mərasimdə iştirak etmək üçün ölkənin hər bir guşəsindən Kazımeyn şəhərinə doğru yol alıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu