
1000-ə yaxın neftçi etriaz aksiyası keçirir
Azərbaycan Respublikasının neft sahəsində fəaliyyət edən “Boss şelf” şirkətində 1000-ə yaxın neftçi bu gün səhər saatlarından etibarən etiraz aksiyasına start veriblər.
Bu barədə musavat saytı xəbər verib ki, neftçilər tibbi sığortanın olmamasına, əmək haqqının azlığına, etiraz edirlər.
Fəhlələr tələblərini müəssisə rəhbərliyinə çatdırıb. Aksiyanın davamlı olacağı, fəhlələrin öz tələblərində israr edəcəyi bildirilir.
Neftçilərin hüquqlarını müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, bu şirkətdə bu cür aksiyanın keçirilməsi birinci dəfə deyil, fəhlələrin əmək haqlarının aşağı olması onları belə tədbirlərə əl atmağa vadar edir.
Keçən il Azərbaycan Respublikası Prezidenti isə ölkədə əsas neft imtiyazçısı olan İngiltərənin BP neft şirkətini öhdəliklərini yerinə yetirmədiyi üçün sərt tənqid etmişdir.