Sionist rejimin hərbçiləri Qərb Sahilində 12 fələstinlini oğurlayıblar .
İordaniyanın rəsmi Xəbər Agentliyi Fələstinli mənbələrdən nəql olaraq elan edib ki, Sionist hərbçilər bazar günü səhər çağlarında Cenin, Əl-Xəlil , Beyt-ləhm şəhərləri və Beytül-müqəddəsin şərqinə hücum edib 12 fələstinlini oğurlayıblar. Sionist rejim hərbçiləri həmçinin İordan çayının Qərb Sahilində Ramollah şəhərinin şimalına atəş açaraq 3 fələstinlini yaralayıblar.
Qərb Sahili ümumiyyətlə anti-İsrail aksiyaları təcrübə edərək Sionist hərbçilərin hücumuna məruz qalır.