AsyaAzərbaycanDünyaİranXƏBƏRLƏR

12 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya olunub

Azərbaycan Respublikası həbsxanalarında məhbus həyatı yaşayan 12 iranlı İranın ədliyyə rəsmilərinə təhvil verilib.

İranın Bakıdakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Seyid Möhsün Mövlayi çərşənbə axşamı günü deyib: Bu məhbusların ekstradisiyası Azərbaycan Respublikası ilə İran arasında məhbusların ekstradisiyası anlaşmasının icrası və onların məhkumluq həyatının qalan hissəsini İranda keçmələri istiqamətində baş tutub.

Mövlayi əlavə edib: Daha 35 məhbusun da ekstradisiyası üçün Azərbaycan dövlətindən icazə alınıb. Gələn bir ay ərzində müvafiq prosedura icra olunduqdan sonra onlar da İrana ekstradisiya olunacaqlar.

Mövlayi İrana ekstradisiya olunan məhbusların hamısının cinayətlərini narkotik maddələrlə əlaqədar olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, son həftələr ərzində İranda məhbus həyatı yaşayan Azərbaycan Respublikasının 5 vətəndaşı da iki ölkə arasında məhbusların ekstradisiyası anlaşması çərçivəsində Azərbaycana təhvil verilib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu