Beynəlxalq Əmək Təşkilatı çərşənbə günü elan edib ki, bütün dünya boyu on milyon beş yüz min uşaq və yeniyetmə son dərəcə təhlükəli və hətta köləlik şəraitinə oxşar bir vəziyyətdə işləyir.
BMT-nin tabeliyində olan Beynəlxalq Əmək Təşkilatı həmçinin bildirib: Bu uşaq və yeniyetmələrin dörddə üçü qızdır və bu miqdardan altı milyon beş yüz min nəfər beş ilə on dörd yaşları arasında olan xidmətçi yeniyetmədir.
Beynəlxalq Əmək Təşkilatında uşaq əməyinin kökünün kəsilməsi üzrə beynəlxalq proqramın məsul şəxsi- Konstans Tomas deyib: Fəhlə uşaq və yeniyetmələrin bir çoxunun durumu nəinki elədir ki, uşaqların hüquqlarının birbaşa pozulması hesab olunur, həm də bir çox milli və beynəlxalq hədəflərin əldə olunması və inkişaf qarşısında bir maneə sayılır.