1400 xarici müşahidəçi İraq seçkilərinə nəzarət edir

İraq seçkiləri Ali Komissiyasının sözçüsü açıqlayıb ki, 1400 beynəlxalq müşahidəçi İraq seçkiləri prosesinə nəzarət edirlər.
Əl-Minar Telekanalının verdiyi məlumata əsasən, İraq Seçkiləri komissiyasının sözçüsü Səfa Əl-Musəvi ötən gün (şənbə 19 aprel) ölkə seçkilərinə nəzarət qruplarının artmasına toxunaraq deyib: 1400 nəfər beynəlxalq müşahidəçilərdən əlavə, təxminən 70 min nəfər daxili müşahidəçi də seçkilərin keçirilməsi və səslərin sayılmasına nəzarət edirlər.
İraq Seçkiləri Ali Komissiyanın sözçüsü təmsilçilik etdiyi komissiyaının beynəlxalq və daxili nəzarətçilərə əmin olduğunu bildirib.
İraq Seçkiləri Komissiyasının sözçüsü həmçinin bildirib ki, Siyasi qruplar seçkilərə nəzarət edən qayda-qanunlara riayət etməlidirlər.
İraq parlament seçkiləri 2014-cü il 30 aprel həyata keçiriləcək.

↑
Mobil sürümden çık