BəhreynXƏBƏRLƏR

15 Bəhreyn vətəndaşı həbs edildi

Bəhreynin Vifaq Cəmiyyəti bir bəyanat yayaraq, Ali-Xəlifə rejiminə bağlı qüvvələrin ölkənin müxtəlif məntəqələrində 18 yaşayış evinə edilən basqın əməliyyatı zamanı 15 nəfəri o cümlədən 2 yeniyetməni həbs etdiklərini bildirib.

Bu bəyanatın davamında Ali-Xəlifə rejiminin anti-bəşər rəftarları haqda deyilir: Bəhreyn rejiminə bağlı qüvvələr vətəndaşların əmlakını dağıtmaqla yanaşı, 3 nəfərə də işgəncə veriblər. Bu hadisədə bir vətəndaş da yaralanıb.
Vifaq Cəmiyyəti öz bəyanatında daha sonra bildirir ki, dünya ictimaiyyətinin Ali-Xəlifə rejiminin cinayətləri qarşısında sükut etməsi, Faktaraşdırıcı komitənin tövsiyələrinin yerinə yetirilməməsi və Cenevrə konfransında qəbul edilmiş qərarların icra olunmaması Bəhreyn rejiminin insan haqları və beynəlxalq qanunları pozmaqda daha da həyasızlaşmasına səbəb olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu