Suriya prezidenti təkidlə bildirib ki, Suriya hələ də terrorizmlə mübarizə və milli barışığın gücləndirilməsi istiqamətində addımlayır.
Suriya İnformasiya Agentliyi (SANA)-ın verdiyi məlumta əsasən, Suriya prezidenti Bəşşar Əsəd ötən gün (bazar 11 may) Həma vilayətinin ictimai-dini qurumları, təlim-tərbiyə və mədəni müəssisələrinin nümayəndələri ilə görüşüb danışmışdır.
Həmin görüşdə iştirak edənlər öz təmsil etdikləri bölgənin məişət və təhlükəsizlik məsələləri və vətəndaşların əsas ehtiyacatlarının təmini barədə fikir mübadiləsi aparmışlar.
Suriya prezidenti bu görüşdə tezliklə vətəndaşların əsas ehtiyaclarının təmin edilməsi üzərində təkid edərək deyib: Suriya qələbələr əldə etmək üçün əzmkarlıqla irəliləyir və bu məsələ ordu və xalqın, o cümlədən Həma vətəndaşlarının fədakarlıqları və göstərdikləri müqavimət nəticəsində əldə edilir.
Əsəd həmçinin təkidlə bildirib ki, Suriya hökuməti hələ də terroçuluqla mübarizəni davam etdirir və eyni zamanda milli barışığı dəstəkləyərək, təhlükəsizliyin yenidən bərpa edilməsi üzrə səy göstərir.