15 mindən çox Suriyalı İraqın şimal şəhərlərinə köçüblər

Terrorçuların Suriyanın şimalında yaşayış məntəqələrinə hücumları artığına görə, Suriyanın şimal şərqində yerləşən Simelka keçidi vasitəsi ilə İraqın şimalına mühacirət edən Suriyalıların sayı 15 mini keçmişdir.

Bu keçid Suriyanın ən ucqar şimal şərq məntəqəsində yerləşir, Suriyalılar bu keçid vasitəsi ilə İraqın Kürdüstan məntəqəsinə keçiblər.

Həsəkə vilayətinin kəndlərində əhali, terrorçuların hücumlarının ardınca öz ev-eşiklərini tərk edib İraqa getmişlər, çünki terrorçular bu vilayətin müxtəlif kəndlərinə hücum edərək əhalinin var-yoxunu qarət edib və evlərini yandırmışlar.

↑
Exit mobile version