DünyaXƏBƏRLƏR

Əl-Vətən qəzeti: Qərzavi şeytanın xidmətinə daxil olub

ƏlCəzairdə yayımlanan Əl-Vətən qəzeti Şeyx Yusif Qərzavinin Qətər başçılarının müharibəpərəst siyasətlərini himayə etməsinə işarə edərək, belə yazıb: ” Qərzavi Allah-Taalanın ibadəti yerinə Şeytan(Qətər)ın xidmətinə daxil olub”.

Əlcəzairdə fransız dilində yayımlanan Əl-Vətən qəzeti misirli-qətərli şeyx haqda yazıb: ” Dəfələrlə ərəb inqilabları haqda fitva çıxaran Misir əsilli müfti Şeyx Qərzavi daha bizim yanımızda dini müqəddəsliyə malik deyil, çünki tam həyasızcasına özünün dini yerini “Qətər rejiminin diplomatiyası”nın xidmətinə keçiribdir”.
Əlcəzairdə çap edilən bu qəzet ərəb ölkələrində fitnə törətmək məqsədilə təhrikedici fitvaları çıxarmasına görə Qərzavini kəskin şəkildə tənqid edibdir.
Əl-Vətən həmçinin Qərzavinin Suriya böhranındakı rolu haqda da yazıb: ” Suriya quruluşu əleyhinə müharibə edən Əl-Nosrə(terrorçu qruplaşmasının) qüvvələri daim Qərzavinin təhrikedici rolunu alqışlayırlar”.
Əl-Vətən əlavə edib: ” Əl-Nosrə cəbhəsi Qətərin yardımları və himayələrinə görə tam şəkildə silahlarla təchiz edilib və cihad adı ilə Bəşşar Əsəd quruluşu qüvvələri ilə müharibə aparır. Qərzavi yaxşı şəkildə bilir ki, onun fitvası Qətər və suriyalı müxaliflərin xeyrinə, ərəb ölkələrindəki inqilablarda fitnə törədib və o özünün timsah gözyaşı ilə Suriyada müharibə qığılcımını yandırıbdır”.
Əlcəzairdə yayımlanan bu qəzet öz mətləbinin davamında Qərzavinin cari ayın onunda Əl-Nosrə Cəbhəsinin İymən Əl-Zəvaherinin komandanlığı ilə Əlqaidə sıralarına qoşulmaları haqdakı fitvanı geri aldığı və ondan təəssüfləndiyini bildirməsinə işarə edərək, belə yazıb: ” Əl-Nosrə Cəbhəsinin Əlqaidə təşkilatına vəfadarlığını elan etməsi, Suriya müxalifləri cəbhəsini kəskin şəkildə zəiflədir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu