Kanadanın yerli sakinləri olan aborigenlər bildirirlər ki, dövlət tərəfindən təsis edilmiş liseylərdə oxuduqları zaman ruhi, fiziki və cinsi təcavüzlərə məruz qalıblar.
PressTV-nin məlumatına görə, Kanada aborigenlərindən olan yüzlərlə nəfər cümə axşamı günü Monrealda “Həqiqət və Barışıq Komissiyası”nın təşəbbüsü ilə keçirilən və aborigenlərin uşaqlıq və məktəb illərində yaşadıqları ağrı və acıları paylaşmaq məqsədi daşıyan seminarda iştirak edib.
Hesablamalara görə 150 mindən çox uşaq öz ailəsindən və mədəniyyətindən zorla uzaqlaşdırılaraq, dövlət tərəfindən təsis edilmiş gecə-gündüz liseylərinə göndərilib ki, onların da bir çoxu bu liseylərdə ruhi, fiziki və cinsi təcavüzlərə məruz qalıb.
Kanadanın baş naziri Stefan Harperin başçılıq etdiyi dövlət son zamanlar insan haqlarını xüsusilə də Kanadanın yerli əhalisinin hüquqlarını pozduğuna görə ciddi etirazlar və tənqidlər ilə üzləşib.
