Ali-Səud rejimi Ərəbistana hakim diktaturaya müxaliflərdən 9 nəfəri həbs edib.
Ərəbistanda Ali-Səud hökumətinin ədalətsizliklərinə qarşı xalq etirazları davam etməkdədir. Ötən gecə təhlükəsizlik qüvvələri Qətif şəhərində etirazçıların evlərinə basqın ediblər.
Bu basqınlarda 9 Ərəbistan vətəndaşı 2012-ci ildə hökumətə qarşı etirazların keçirilməsinə xalqı təhrik etmək ittihamı ilə həbs olunub.
Ərəbistanın şərqində yerləşən Qətif vilayəti və eyniadlı şəhər 2011-ci il fevral ayından hökumətə qarşı çoxlu etiraz aksiyalarının şahidi olmuşdur.