FələstinXƏBƏRLƏR

Sionistlərin hücumunda 150 fələstinli yaralanıb

İşğal olunmuş qərb sahillərində Ofer həbsxanası qarşısında sionist İsrail rejimi hərbçiləri ilə fələstinli etirazçılar arasında baş verən toqquşmada ən azı 150 fələstinli yaralanıb.

Sionist qüvvələr Ramullah şəhəri yaxınlığında Ofer hərbi həbsxananın qarşısında aksiya keçirən yüzlərlə fələstinli və xarici fəalı dağıtmaq üçün gözyaşardıcı qaz, səs qumbaraları və plastik güllələrdən istifadə ediblər.

Bu aksiya sionist rejim həbsxanalarında aclıq aksiyası keçirən fələstinli məhbuslarla həmrəylik və onların azadlığı istiqamətində keçirilib. Bildirildiyinə görə, yaralılar arasında 3 jurnalist də var.

Fələstinli Məhbuslar və İnsan Haqları qeyri-hökumət təşkilatının 2012-ci il aprel ayı tarixli hesabatına əsasən, İsrail rejimi həbsxanalarında ən azı 4 min 610 fələstinli siyasi məhbus vardır.

Bununla belə müstəqil mənbələrin qənaətincə, təxminən 11 min fələstinli İsrail rejimi həbsxanalarında saxlanılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu