AzərbaycanXƏBƏRLƏR

2013-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda 79 nəfəri itirib

Doktrina” jurnalistlərin hərbi araşdırmalar mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 79 nəfər təşkil edib. Ötən müddətdə 96 nəfər yaralanıb və ya xəsarət alıb.
Müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (10 nəfər erməni gülləsi), 69-u isə qeyri-döyüş itkiləridir. Bundan başqa mart ayının 2-də C.Naxçıvanski adına hərbi listeyin kursantı Əmikişiyev Raqil Arazxan oğlu naməlum səbəbdən dünyasını dəyişib. Hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıya əlavə olunmayıb. 9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 14 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 3 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 13 nəfər xəstəlikdən dünyasını dəyişib. 16 nəfər intihar edib. Dünyasını dəyişənlərin 60-ı Müdafiə Nazirliyinin (MN), 6-ı Dövlət Sərhəd Xidmətinin (DSX), 9-u Daxili Qoşunların (DQ), 1-i Xüsusi Dövlət Mühafizə İdarəsinin (XDMI), 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (96 nəfər), onların 17-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 7-i intihara cəhddən, 6-sı mülki şəxslərlə davadan, 10-u erməni gülləsindən, 3 nəfər mina partlayışından, 1-i naməlum səbəbdən, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 48-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar.
Yaralananların 67 nəfəri Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 8 nəfər Dövlət Sərhəd Xidmətinin, 20 nəfər Daxili Qoşunların, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
“Ayna” və “Zerkalo” qəzetlərində dərc olunan “Ordunun Aynası” əlavəsi “Doktrina” JHAM-a istinadən 2013-cü ildə dünyasını dəyişən hərbçilərin adlı siyahısını oxuculara təqdim edib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu