AsyaAvropaDünyaİranXƏBƏRLƏR

İraqçı: İstənilən yeni sanksiya ilə Cenevrə anlaşmasının icrası dayandırılacaq

İran İslam Respublikası xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini bildirib ki, ABŞ Konqresi tərəfindən Tehrana qarşı istənilən yeni sanksiyanın tətbiq edilməsi İran və 5+1 Qrupu arasında Cenevrədə əldə olunmuş anlaşmanın icrası durdurulacaq.

İranın xarici işlər nazirinin müavini Abbas İraqçı bazar günü günortadan sonra Tehranda Xəbər İnstitutunun tələbələri ilə görüşdə İranın Cenevrə və Nyu-Yorkda ABŞ ilə olan müzakirələrinin sırf nüvə mövzusu ətrafında olduğunu vurğulayaraq, deyib: Əgər lazım gələrsə İran nüvə mövzusu ilə bağlı danışıqları 5+1 Qrupunun üzvləri ilə ikitərəfli müzakirələr formasında davam etdirəcək.

İranın nüvə müzakirələrindəki heyətinin üzvü İranın uranın zənginləşdirilməsi haqqını 5+1 Qrupundan deyil, nüvə silahlarını yayılmasını qadağan edən NPT müahidəsindən və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin qanunlarından aldığını bildirərək, deyib: İran AEBA müfəttişlərinin baxış keçirmələri ilə heç bir problemə malik deyil. Çünki, heç bir gizli və dinc məqsədlərdən kənar nüvə fəaliyyətinə malik deyil. Amma, sui-istifadə məqsədli təftişlər ilə müxalifdir.

İraqçı 5+1 Qrupunun Nətənz və Fordo nüvə mərkəzlərinə “online” kameraların yerləşdirilməsi üzrə istəyinə də münasibət bildirib: İran bu istəyə qarşı çıxdı və yalnız “offline” şəkildə nəzarətə icazə verib.
İranın xarici işlər nazirinin müavini İran İslam Şurası Məclisi üzvlərinin dövlətdən, Qərbin Cenevrə anlaşmasına zidd addım atacağı təqdirdə, uranın zənginləşdirilməsi səviyyəsini 60%-ə qədər artırmasını istəmələri barədə də deyib: İran Parlamenti tərəfindən çıxarılan istənilən qərar icra edilməlidir və mütləq icra ediləcək.

İraqçı daha sonra sabahdan etibarən Cenevrədə davam etdiriləcək İran və 5+1 Qrupu arasındakı ekspertlər səviyyəsində aparılan müzakirələr barəsində də deyib: Danışıqlar yanvar tətillərinə görə bir günlük və Cenevrə anlaşmasının icra metodları barədə olacaq.
İranın müzakirə heyətinin üzvü qarşıda duran 5 ayla bağlı müzakirə heyətinin proqramı barədə deyib: Əgər ekspertlər səviyyəsində aparılan danışıqların nəticəsi olarsa, Cenevrə anlaşmasının icrası ilə bağlı tarix təyin ediləcək ki, yanvar ayının sonlarına təsadüf edə bilər.

İranın xarici işlər naziri region ölkələrinin İran ilə 5+1 Qrupu arasındakı müzakirələrdə iştirakda maraqlı olmaları barədə də deyib: Bəzi region ölkələri bu müzakirələrdə iştiraka malik olmaq istəyi ilə çıxış ediblər. Amma, bu istək nə İran, nə də 5+1 Qrupu tərəfindən qəbul olunmayıb.
İranın xarici işlər nazirinin müavini daha sonra vurğulayıb: Uranın 5% həddində zənginləşdirilməsi prosesinin İran ərazisində davam etdirilməsi qətiləşmiş bir məsələdir və Cenevrə anlaşmasında da qeyd olunub ki, istənilən proqram zənginləşdirməni də əhatə edəcək.

İranın xarici işlər nazirinin müavini eyni zamanda İranı regionun ən səbatlı ölkəsi adlandırıb və deyib: Regionun bütün güclü dövlətləri bu gün bir növ gərginliyə düçar olublar. Amma, İran İslam Respublikası quruluşu regionun ən səbatlı quruluşudur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu