2017-ci ildə İslam ölkələrinin mədəniyyət nazirləri Məşhəd şəhərində bir araya gələcəklər

İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri ölkələrarası diplomatiyada mədəni əlaqələrin önəminə təkid edib.

Seyid Məhəmməd Hüseyni deyib: Bu gün mədəni diplomatiyaya çox ciddi formada diqqət göstərilir.

İranın malik olduğu bir çox cazibələri və eyni zamanda İrana qarşı aparılan mənfi təbliğatları nəzərə alaraq, biz son illər bu sahədəki fəaliyyətlərimizi daha da artırmışıq. Mədəni işlərlə bağlı fikir mübadilələrini genişləndirmişik. Bəzi ölkələrə dəvətnamə göndərmişik ki, İran mədəniyyəti habelə, İran İslam İnqilabı və inqilabçı İran xalqı ilə yaxından tanış olsunlar.

İranın mədəniyyət naziri daha sonra deyib: Yaxın günlərdə Tehranda Asiya ölkələrinin mədəniyyət nazirlərinin iclası keçiriləcək. Gələn il də İslam ölkələrinin rabitə və informasiya texnologiyaları nazirlərinin Tehranda iclası keçiriləcək. 2017-ci ildə İslam ölkələrinin mədəniyyət nazirləri Məşhəd şəhərində bir araya gələcəklər.

Seyid Məhəmməd Hüseyni İran və Azərbaycan arasındakı mədəni əməkdaşlıqlar haqda da dedi: Biz indiyə kimi Bakıda İran və Tehranda Azərbaycan günləri kimi mədəni tədbirlər həyata keçirmişik. Nizami Gəncəvinin yaşadığı Gəncə şəhərində də mədəniyyət proqramları icra etmişik. Türkiyədə də mədəniyyət həftəsi keçirmişik və 2013-cü ilə Türkiyədə İran ili adlandırılıb.

↑
Mobil sürümden çık