DünyaSuriyaXƏBƏRLƏR

Suriyada kimlər günahsız insanların başını kəsir?

“Suriya vətəndaşlarının başı kameralar qarşısında kəsilir. 70 mindən çox insan qətlə yetirilib və 1,5 milyondan çox insan itkin düşüb” Bunlar BMT-nin hesabatında qeyd olunub.

Bu günlər Suriyada terrorçuların “fəaliyyət”ə başlamasının ikinci ildönümünü arxada qoyuruq.

“Cəbhətun Nəsrə Əhali Biladul-Şam” (Şam bölgəsi əhalisinə kömək və dəstək cəbhəsi) bu terrorçu qruplaşmalardan biridir.

Bu cəbhə Suriya, İordaniya, Fələstin və Livanın şamil olduğu Şam bölgəsi əhalisinə kömək və dəstək bəhanəsi ilə bir yerə toplaşmış döyüşçülərdən ibarətdir.

Lakin bu qruplaşma yalnız Şam bölgəsi adını özü ilə daşıyır və bu qruplaşmanın İordaniya, Livan və xüsusilə də Fələstin kimi ölkələrdə fəaliyyətindən əsər-əlamət  yoxdur.

Son vaxtlar bu barədə irəli sürülən tənqidlər səbəb olub ki, bu cəbhə sərkərdələri Livan Hizbullaha qarşı da söhbətlər etməyə başlasınlar. Cəbhə sərkərdələri iddia edirlər ki, sünniləri qorumaq istiqamətində Livanın bu rəsmi partiyası ilə döyüşmək istəyirlər.

“Əl-Nəsrə Cəhbəsi”nin təşkil olunmasının tarixi

“Əl-Nəsrə Cəbhəsi” özünə Əbu Məhəmməd Cövlani adını və əl-Fateh ləqəbi seçmiş şəxs tərəfindən təsis olunub. Cövlani bu qruplaşmanı Suriyada iğtişaşların başlanmasından bir neçə ay sonra yaradıb.

Time jurnalı bu barədə yazır: Cövlani (Sonralar toqquşmalarda öldürülməsi xəbəri yayımlandı) silahlı qruplaşmaların Əhrar əl-Şam, Səqur əl-Şam və Liva əl-İslam kimi digər sərkərdələri ilə toplantılarında heç vaxt öz üzündəki maskanı götürmədi. Hətta öz qruplaşmasının bir çox sərkərdələri onun həqiqi üzünü tanımırlar və onun həqiqi şəxsiyyəti barəsində məlumatları yoxdur.

“Əl-Nəsrə Cəbhəsi”nin əsas xüsusiyyətlərindən biri şəxslər arasında anlaşmada gizli tədbirlər görməkdir. Onun sərkərdələri əksər hallarda görüntülü müsahibələrlə razılaşmır və onlardan heç biri qrupun rəhbərinin icazəsi olmadan açıqlama verə bilməzlər.

Bu qruplaşma həmçinin sərkərdələrin adları, döyüşçülərin sayı və maliyyə ehtiyatları barəsində heç bir məlumat vermək istəmir.

Təhlilçilərin qənaətincə, sələfi qruplaşmalarının işləri, neçə millətli Əl-Nəsrə ifratçı qruplaşmalarının fəaliyyətinin əl-Qaidə terrorçu təşkilatı ilə sıx əlaqəsi vardır. Belə ki, bu təşkilatın əsası ABŞ və İngiltərə təhlükəsizlik təşkilatları tərəfindən Əfqanıstanda qoyulub və dünyanı təhlükəsizlik problemləri ilə üzləşdirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu