DünyaXƏBƏRLƏR

İngiltərə kraliçasının sarayı yaxınlığında aksiya keçirənlər həbs ediliblər

London polisi İngiltərə kraliçasının iqamətgahı olan Bekinqham sarayı yaxınlığında çıxan qarşıdurmanın ardınca, 11 nəfəri həbs edib.

Narazı kütlə noyabrın beşində hökumətin sərt iqtisadi tədbirlərinə etiraz olaraq Anonimos qrupunun dəvəti ilə Bekinqham sarayı qarşısında maskalı aksiya keçirib.

Dünən axşam keçirilən bu aksiyada yüzlərlə nəfər iştirak edib. İngiltərə kraliçasının iqamətgahı qarşısında piket təşkil edən aksiya iştirakçılarının üzlərində hökumətlər əleyhinə mübarizədə bir simvola çevrilən Qay Faks maskası olub.

Bu aksiya hökumətin sərt iqtisadi siyasətlərinə, korrupsiyaya və casusluq proqramlarına etiraz olaraq keçirilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu