BəhreynXƏBƏRLƏR

240 ingilisin Bəhreyn vətəndaşlığı var

Bəhreyn kralı İngiltərəyə səfərində etiraf edib ki, 240 İngiltərəli “xidmətlərinə görə” Bəhreyn vətəndaşlığı verilib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə Həməd Bin İsa Ali-Xəlifə deyib: Bəhreyndə 9 min İngiltərə vətəndaşı sakindir, onlar həmişə iqtisadi fəaliyyətlərdə xüsusi rola malikdirlər.

Bəhreyn Daxili İşlər Nazirliyi ötən il 31 bəhreynli, o sıradan parlamentin 2 sabiq üzvünün vətəndaşlığını Ali-Xəlifə rejiminə qarşı çıxdıqlarına görə ləğv etmişdi.

Həməd Bin İsa isə Londona səfərində deyib: Böyük fəxrlə bildirirəm ki, Bəhreyn vətəndaşlığını almaq istəyən 240 ingilis vətəndaşına xidmətlərini qiymətləndirmək üçün qanuni proseslərdən sonra Bəhreyn vətəndaşlığı verilib və əlbəttə ki, onlar daha böyük təşəbbüslərə layiqdirlər.

Bəhreyn kralı bu səfərdə həmçinin ” İngiltərə kraliçası 2-ci Elizabetin səylərinə qiymət verilməsi” üçün 2 Bəhreyn atı ona hədiyyə verib.

Bəhreyn xalqına qarşı sərt repressiyalara beynəlxalq etirazlara, müxtəlif təşkilatların Ali-Xəlifə rejiminə silah-sursat verilməsinin dayandırılması tələblərinə rəğmən İngiltərə dövləti Ali-Xəlifə rejiminə dəstəyini davam etdirir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı