DünyaXƏBƏRLƏR

Gələn miladi ilinə dək suriyalı didərginlərin sayı 4 milyona çatacaq

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki Suriyadan qaçan didərginlərin sayı gələn miladi ilində iki qat artaraq 4 milyon nəfəri təşkil edəcək.

BMT-nin didərginlər üzrə ali komissarı Antonio Qotirez, Cenevrədə yardım edən ölkələr iclasında çıxış edərək deyib: 214-cü ilin sonunadək 4 milyon 100 min nəfər Suriya didərgininin ehtiyacları məsələsini araşdırırıq. Suriyalı didərginlərin acınacaqlı vəziyyəti tragediyadır.
O deyib:gözlənildiyinə görə 2014-cü ilin sonunadək Suriya daxilində 9 milyondan çox insanın əlavə yardıma ehtiyacı olacaq və başqa milyonlarla insan da öz ev-eşiyini itirəcək.

BMT bildirib ki 2011-ci il mart ayından başlanan Suriyadakı qanlı toqquşmalarda 100 mindən çox insan ölüb və milyonlarla Suriyalı didərgin düşüb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu