Sionist rejim ötən gecə bu rejim həbsxanalarında 20 ildən çox əsirlikdə olan 26 fələstinli əsiri azad edib.
Qərb sahillərdə bu 21 nəfərin azad olunması ilə yanaşı 5 azad olunmuş əsir də Beyt Hanun keçidindən Qəzzəyə keçirilib.
Bu azad olanlardan 19 nəfəri Fəth hərəkatına bağlıdır və 4 nəfəri də Həmas hərəkatına bağlı şəxslərdir.
Bir nəfər istisna olmaqla, qalan əsirlər ömürlük həbsə məhkum olunmuşdular.
Fələstin Özünüidarə Təşkilatı ilə sionist rejim arasında saziş müzakirələri və 104 fələstinli əsirin azadlığı qarşısında qəsəbə salma prosesini davam etdirmək çərçivəsində anlaşmadan sonra bu azad olunan 26 nəfərlik qrup fələstinli əsirlərin 2-ci qrupudur.
Fələstin İslam Müqaviməti Hərəkatı Həmasın sözçüsü Fouzi Berhum deyib: Biz hər bir fələstinli əsirin azad olunmasını müsbət qarşılayırıq və bütün fələstinli əsirlərin öz evlərinə dönmələri və izzətlə və hörmətlə yaşamaq haqları vardır. Lakin Həmas fələstinli əsirlərin şərtli şəkildə azad olunmasını rədd edir və Fələstin xalqının hüquqlarının pozulması qarşılığında əsirlərin azadlığını qəbul etmir.