27 fevral – boykot günü

Azərbaycan Respublikası universitetlərində “27 fevral – boykot günü” kampaniyası ciddiləşir.
Azərbaycan Tələbələr Birliyi “Azərbaycan tələbələrinin boykot günü” kampaniyası ilə bağlı etiraz bəyanatı yayıb.
Bəyanatda birlik son günlər sosial şəbəkələrdə aparılan “Azərbaycan tələbələrinin boykot günü” kampaniyası çərçivəsində tələbələrə bir gün dərslərdə iştirak etməmək üçün edilən çağırışlardan məyus olduqunu qeyd edir və bunu ölkə tələbələrinin akademik və sosial həyatlarında olan inkişafa ən böyük təhlükə sayırlar!
Bəyanatda əlavə olunub : “Aydın şəkildə görünür ki, bu kampaniya bir qrup insanın tələbələri də öz siyasi məqsədlərinin reallaşması üçün alət kimi istifadə etməyə yönəlib”.
Bəyanatda iddia olunub : “Azərbaycanda tələbələri 27 fevralda dərslərdə iştirak etməməyə çağırmaq kimi kampaniyanın təşkili təhsil problemlərinin həllinə deyil, digər məqsədlərə xidmət edən kampaniyanın tərkib hissəsidir”.
Bəyanatda əlavə olunub : “Azərbaycan Tələbələr Birliyi olaraq əminik ki, tələbələrimiz 27 fevral tarixində təhsil aldıqları ali məktəblərə gələcək və dərslərdə iştirak etməklə bir qrup insanın çirkin məqsədlərinin həyata keçməsinə imkan verməyəcək”!!
Qeyd etmək lazimdir ki, təhsil problemlərinə etiraz kompaniyasına qoşulanların sayı artmaqdadır.

Exit mobile version