28 Səfər Azərbaycan Respublikasında matəm mərasimləri ilə qeyd olunub

Böyük islam peyğəmbərinin(s.ə) rehləti və İmam Həsən Müctəbanın(ə) şəhadətinin ildönümü günü Azərbaycan Respublikasının hər bir yerində məscidlərdə qeyd olunub.

dünən gecədən başlayan matəm mərasimləri səfər ayının 30-u İmam Rzanın(ə) şəhadətinin ildönümünədək davam edəcək.
Matəm mərasimlərində iştirakçılar, çıxışlar, mərsiyələr diləmək və sinə vurmaqla əziz islam peyğəmbərinə(s.ə) və məsum imamlara(ə) olan dərin sevgi və məhəbbətlərini nümayiş etdiriblər.
Bakıda iranlıların Hüseyniyəsində bu axşamdan etibarən 3 gecə matəm mərasimləri keçiriləcək.
Böyük islam peyğəmbərinin(s.ə) rehləti və İmam Həsən Müctəbanın(ə) şəhadətinin ildönümü gününün yeni milad ilinin qeyri-iş günlərinə təsadüf etdiyini nəzərə alaraq Azərbaycan Respublikası xalqı hər hansı şənlik mərasimlərinin keçirilməməsini istəyir.
Bakının sahil bulvarı idarəsinin rəisi Nazim Məcidov bildirib ki, yeni miladi ilinin başlanması münasibəti ilə sahil parkında konsert proqramı təşkil olunmayacaq.
Azərbaycan Respublikası xalqının 98%-ini müsəlmanlar təşkil edir lakin bu ölkədə Peyğəmbəri Əkrəmin(s.ə) viladəti, məbəs və rehləti günləri qeyri-iş günləri deyil.

↑
Mobil sürümden çık