Tehranın cümə namazı xitabətçisi təkfirçilər və sələfiçiliyi İslam Dünyasının hazırkı problemlərindən adlandırıb.
Tehranın cümə namazı xitabətçisi- Ayətullah Məhəmməd İmami-Kaşani şiə ilə sünninin İslamdakı ortaqlıqlarına işarə edərək, söyləyib: İslamın düşmənləri Suriya və İraqdakı təkfirçi qrupları dəstəkləyərək, hələ də müsəlmanlar arasında ixtilaf salmaq ardıncadırlar.
Ayətullah İmami-Kaşani təkfirçilərin İslamın imicinə xələl gətirdiklərini bildirərək, əlavə edib: Müsəlmanlar arasında təfriqə və parçalanmaya səbəb olan məsələlərdən çəkinmək lazımdır.
Tehranın cümə namazı xitabətçisi sonra İran İslam Respublikasının Yaxın Şərqdəki mühüm rolunu qeyd edərək, İranın Suriya böhranının həlli üzrə Cenevrə-2 beynəlxalq konfransında iştiraka dəvət olunmasının ləğv edilməsindən təəssüf ifadə edib və deyib: Birləşmiş Millətlər Təşkilatı bu addım ilə sübut etdi ki, bəzi müstəmləkəçi ölkələrin siyasətlərinin təmin olunması üçün Suriya və İraqdakı günahsız müsəlmanların qanlarının axıdılmasına göz yumur.
Ayətullah İmami-Kaşani həmçinin İran İslam Respublikası dövlətinin nüvə məsələsindəki səylərinə görə təşəkkür edərək, deyib: Dövlətin siyasətləri, xüsusən İran Xarici İşlər Nazirliyinin nüvə məsələsindəki mövqeyi möhkəm bir mövqedir ki, xalq və rəhbərlik ona arxa durur və dəstəkləyir.
