Ateist və dinsiz SSRİ hökumətinin zəifləməsi və SSRİ müsəlmanları arasında xalq hərəkətlərinə imkan yaranması ilə noyabr və dekabr aylarında Azərbaycan Respublikasının müsəlman xalqı İran sərhədlərinə doğru üz tutdu, tikanlı məftilləri qırmaqla özünü İran torpağına çatdırdı və İran xalqı və hökuməti tərəfindən səmimi qarşılandı.
Xüsusilə də 1989-cu il 31 dekabrda utanc verici Gülüstan və Türkmənçay müqavilələri ilə İrandan ayrı qalan Naxçıvanın müsəlman əhalisinin əksəriyyəti Araz çayının kənarında Poldəşt, Culfa və sairə məntəqələrində sərhədlərin kənarına toplaşaraq və “Allah-Əkbər, “Lailahə İlləllah”, “Yaddan çıxmaz İranımız” şüarlarını rusiyalı sərhədçilər qarşısında səsləndirərək etiraza qalxdı və sərhəd maneələri və tikanlı məftilləri kənarlaşdıraraq Naxçıvanın İrana birləşməsini və utanc verici Gülüstan və Türkmənçay müqavilələrinin ləğv olunmasını tələb etdi.
Minlərlə nəfər sərhəd maneələrini keçərək və rus sərhədçilərini arxada qoyaraq öz ana vətənlərinin torpağına ayaq basdı və İranın sərhəd qüvvələri və sərhəd sakinləri tərəfindən səmimi qarşılandı.
Bu böyük hadisənin xəbəri həmin günlərdə İran qəzetlərində və beynəlxalq medialarda əks olundu. Lakin sonrakı illərdə Azərbaycan Respublikası rəsmiləri bu böyük tarixi hadisəni təhrif etməyə başladılar. Rəsmi Bakı Azərbaycan Respublikasının İranla həmrəylinin qədrini bilmək əvəzinə qəribə şəkildə bu məsələdən biabırçılıqla şöhrətbazlıq üçün istifadə və iddia etdilər ki, sərhəddən keçən hərəkat İran Azərbaycanının Azərbaycan Respublikasına birləşməsi ardınca olmuşdur. Bu şöhrətbazlıq üçün də “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adını qoydular.
Bu təhrifçilik sionist cərəyanlara bağlılığı olan irqçilər tərəfindən hələ də davam etdir.