4 ABŞ hərbçisi İngiltərədə vertolyotun qəzaya uğraması nəticəsində həlak olublar

ABŞ hərbçilərindən 4 nəfəri İngiltərədə bir vertolyotun qəzaya uğraması nəticəsində həlak olublar.

Amerikan və İngiltərə xəbər qaynaqları, İngiltərənin şərqi sahillərində ABŞ vertolyounun qəzaya uğraması nəticəsində 4 ABŞ hərbçisinin dünyasını dəyişməsini təsdiqləyiblər.
Pio Hauk tipli vertolyot İngiltərənin şərqində yerləşən Şimal Dənizi sahilində qəzaya uğrayıb.
Öncə İngiltərə xəbər mənbələri qəzya uğrayan vertolyotun növünü Balk Hauk elan etmişlər lakin Amerikan rəsmiləri onun Pio Hauk HH60 tipli olduğu barədə məlumat veriblər.
BBC ABŞ müdafiə nazirliyinə istinadən qəza nəticəsində dünyasını dəyişənlərin hamısnın ABŞ hava qüvvələri işçilərinin olduğunu bildirib.
Hadisənin təfərrüatı barədə hələki açıqlama verilməyib.
ABŞ İngiltərədə bir çox hərbi bazaya malikdir və bu vertolyotun isə İngiltərənin Safulk məntəqəsində yerləşən Likon Hit hərbi məntəqəyə aid olduğu deyilir.

↑
Mobil sürümden çık