İran İslam Şurası məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü oğurlanmış iranlı sərhədçilərdən 4 nəfərinin İranın Pakistandakı əlaqələndiricisinə təhvil verilməsini təsdiqləyib.
” İsmayil Kövsəri ” Təsnim xəbər agentliyi ilə müsahibədə oğurlanmış iranlı sərhədçilərin azad edilməsinə işarə edərək deyib : Terrorçu ” Ceyşül-Ədl ” qruplaşmasının üzvləri tərəfindən oğurlanmış sərhədçilərdən birinin pak cəsədi digər 4 sərhədçi ilə ərabər İranın Pakistandakı əlaqələndiricisinə təhvil verilib. Lakin azad edilən sərhədçilər bu saata qədər ölkəyə daxil olmayıblar.
Qeyd edək ki ” Cəmşid Danayifər ” sözügedən terrorçu qruplaşmanın üzvləri tərəfindən girov götürülükdən sonra şəhid edilmişdir.
İranın təhlükəsizlik rəsmilərindən biri Fars xəbər agentliyi ilə azad edilən 4 iranlı sərhədçinin İranın Pakistandakı rəsmilərinə təhvil verilməsini təsdiqləyib.
Ötən fevral ayının 5-də İranın cənub şərqində Sistan və Bəluçistan vilayətinin sərhəd məntəqəsi yaxınlığında 5 sərhədçi terrorçu Ceyşül-Ədl qruplaşmasının üzvləri tərəfindən oğurlanmışdı.