TürkiyəXƏBƏRLƏR

Beynəlxalq Hakerlər Şəbəkəsi Türkiyənin dövlət qurumlarını hədələyib

Bəzi beynəlxalq haker şəbəkələri Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan hökumətinin siyasətlərinə etiraz edənləri himayə olaraq, bu ölkənin dövlət qurumları və təşkilatlarının internet saytlarını hak etməklə hədələyiblər.

Beyəlxalq Hakerlər Şəbəkəsi hədələyibdir ki, Türkiyənin rəsmi qəzeti, hakim Ədalət və İnkişaf Partiyası, İstanbul, Ankara və Mersin şəhərlərinin meriyaları habelə Türkiyənin başqa hökumət qurumlarının internet saytlarını hak edəcədir.

Beynəlxalq Hakerlər Şəbəkəsi Türkiyə hökuməti tərəfinədn bu ölkədə internetin sürətinin aşağı salınması və ictimai şəbəkələrin fəaliyyətlərinin dayandırılması təqdirində türkiyəli internet istifadəçilərinə VPN verəcəyini də bildirib.

Türkiyənin bəzi dövlət qurumları və təşkilatlarının internet saytları dünən bir müddət üçün kəsildi və sonra yenidən fəaliyyətlərinə başladı.

Türkiyənin əksər şəhərlərində xalq etirazlarının başlanması ilə eyni zamanda bu ölkədə internetin sürəti azalıb və bəzi saytlar və ictimai şəbəkələrdən istifadə məhdudlaşdırılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu