İranLivanXƏBƏRLƏR

Suriyada qiyamçılara silah göndərmək dünya təhlükəsizliyinə qarşı aşkar təhdiddir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Suriyadakı qiyamçılara silah göndərilməsi qərarının təsdiqlənməsi dünya təhlükəsizliyinə qarşı yönəlmiş ciddi təhdiddir.

Səid Cəlili Livanın xarici işlər naziri Ədnan Mənsur ilə görüşdə əlavə edib: Şübhəsiz bu məsələ dünya ictimaiyyətinin reaksiyası ilə üzləşəcək və belə bir qərar qəbul edən ölkələrin rüsvayçılığına səbəb olacaq.
Ədnan Mənsur da əl-Qaidə və Ənnüsrə terrorçularına silah və hərbi sursatın göndərilməsini Suriyada demokratiyanı himayə iddiası ilə təzadda olan məsələ adlandırıb və deyib: Regionda təhlükəsizliyin təmini yalnız dinc həll yollarına əsaslanmaq və xalqın haqlı tələblərini gerçəkləşdirməklə mümkündür.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu