İranXƏBƏRLƏR

Ə.Salihi yeni sanksiyalara görə Amerikanlara tövsiyə edib

İran İslam Respublikası xarici işlər naziri Amerika rəhbərlərinə tövsiyə edib ki, özlərinin öncəki hərəkətlərindən ibrət alaraq, İran xalqına qarşı hörmət siyasəti yeritsinlər.

Əli Əkbər Salihi Fars informasiya agentliyinə verdiyi açıqlamada Amerikanın İrana qarşı növbəti sanksiyaları barədə deyib: Amerikalıların bu ağılsız hərəkəti öncəki hərəkətlərinin davamıdır.
İİR XİN başçısı 34 il bundan qabaq başladılmış Amerikanın İrana qarşı blokada və hədə-qorxu siyasətinin ABŞ-a heç nə qazandırmayacağını xatırladaraq deyib: artıq Amerikalıların İrana qarşı bir tərəfli düşmən siyasətinin dəyişilməsinin vaxtı gəlib çatıb.
ABŞ konqresi 2012-ci ilin son günlərində İrana qarşı yeni sanksiyalar qəbul etdi və bu qərar 2013-cü il yanvar ayından Barak Obama tərəfindən imzalandı.
Yeni sanksiyalar İranın bütün enerji , dəniz nəqliyyatı, gəmi istehsalı sahələrini əhatə edir və neftin qızıl müqabilində satışına yönəlikdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu