ABŞ Azərbaycanı “problemli tərəfdaş” sayır!
Azərbaycan Respublikasının prezident seçkiləri ərəfəsində ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycanla bağlı xüsusi dinləmənin keçiriləcəyi ölkədə ciddi həssaslıqla qarşılanıb.
İyulun 16-da ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycanla bağlı xüsusi dinləməyə hələ beş gün qalmış bir çox mətbuat orqanı onun xəbərini əhəmiyyətli sayıblar.
dinləmə “Problemli tərəfdaş: Azərbaycanda artmaqda olan avtoritarizm” adlanır.
Müzakirələrdə əsas diqqət ölkədə seçkiqabağı vəziyyətə yönələcək.
Komissiyanın açıqlamasında deyilir ki, ABŞ və Azərbaycanın ümumi maraqları var, energetika və regional təhlükəsizlik də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq edirlər, lakin Azərbaycanda hazırkı siyasi durumla bağlı narahatlıq artır.
ABŞ Konqresinin Helsinki Komissiyası əlavə edib : “Həyəcanlı tendensiyalar hədə-qorxu və həbsləri, jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı zorakılığı, QHT-lərin qeydiyyatının sərtləşdirilməsini, internetdə qanunverici məhdudiyyətləri (böhtana görə cinayət məsuliyyəti də daxil olmaqla), toplaşma azadlığına məhdudiyyətləri, etiraz aksiyalarının dağıdılması üçün güc tətbiqini, nümayişçilərin həbsini, ədalətsiz məhkəmələri, özbaşına və siyasi motivli həbsləri, uzunmüddətli ibtidai həbsləri, icra hakimiyyətlərinin məhkəmə proseslərinə müdaxiləsini əhatə edir”.
Qeyd olunur ki, oktyabrda Azərbaycan Respublikasında prezident seçkisi keçiriləcək.
ABŞ Konqresinin Helsinki Komissiyasındakı dinləmələrdə ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə müavininin köməkçisi Tomas Melia, rəsmi Bakının nümayəndəsi, REAL hərəkatının nümayəndəsi Erkin Qədirli, Milli Demokratiya Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və başqaları iştirak edəcəklər.