İranXƏBƏRLƏR

Yeni nüvə obyektinin inşası barəsində reaksiya

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın Dəmavənd məntəqəsində yeraltı nüvə obyektinin inşa olunmasına dair terrorçu Münafiqlər qruplaşmasının iddiasını təkzib edərək deyib: Bu məsələlər məğlubiyyətə uğramış terrorçu Münafiqlər qruplaşmasını uydurmalarının davamıdır.

İranın Dəmavənd dağlıq məntəqəsində yeraltı nüvə obyekti inşa etməkdə olması ilə əlaqədar terrorçu Münafiqlər qruplaşması tərəfindən xəbərlərin yayılması və bu xəbərin qərb və sionist medialar tərəfindən “müsbət” qarşılanmasının ardınca, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas İraqçı Mehr İnformasiya Agentliyi ilə müsahibədə bu məsələləri məğlubiyyətə uğramış Münafiqlər qruplaşmasının uydurmalarının davamı adlandırıb.

İraqçı deyib: Belə bir xəbərin heç bir vəchlə doğruluğu yoxdur və təkzib olunur.

“Terrorçu Münafiqlər qruplaşmasının etibarsızlığı o həddə çoxdur ki, onlar tərəfindən yayımlanan belə xəbərlərə cavab verməyin də dəyəri yoxdur” –deyə İraqçı söyləyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu