DünyaXƏBƏRLƏR

Məhkəmə islamçı məhbus Ruhulla Axundzadənin vəsatətini məhkəməyə çıxarmadan geri qaytarıb.

Bakının Nizami Rayon Məhkəməsi islamçı məhbus Ruhulla Axundzadənin vəsatətini məhkəməyə çıxarmadan geri qaytarıb. Məlumatı vəkil Anar Qasımlı verib.

Vəkil bildirib ki, vəsatətdə Ruhulla Axundzadə xəstəliyi ilə əlaqədar həbsdən azad olunmasını istəyib.
Məhkəməninqanunsuzluğuna işarə edən vəkil deyib : “Hakim Ziya Əliyev heç bir qərar çıxarmadan adi bir məktub qoşmaqla müraciəti geri qaytarıb. Məktubda yazılıb ki, bu müraciəti məhkumun cəza çəkdiyi müəssisə göndərməlidir.

Halbuki mən müraciətə əlavə etdiyim məktubda izah etmişdim ki, 15 saylı Cəzaçəkmə Müəssisəsi Ruhulla Axundzadənin məktubunu məhkəməyə göndərməkdən imtina edib.”

Ruhulla Axundzadə 2011-ci ilin yanvar ayında tənqidi çıxışlarına görə tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. İslamçı bu ilin mayında kəskin miokard infarktı keçirib və Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu